İrakli Ğaribaşvili - baş nazir olaraq hər zaman hakimlərdən məlumatı dinləməyə, onların narahatlıqlarını bölüşməyə və bundan sonra hansı addımları atacağımızı planlaşdırmağa hazıram
Şəxsən mən, hakimiyyətimiz hər hansı formada həddindən artıq təmasdan belə qaçınırıq və biz hakimlərimizə, məhkəməyə dəstək ifadə etməklə yanaşı, bu təmasları, görüşləri və s. maksimal şəkildə azaltmışıq-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Ali Ədliyyə Şurasının üzvləri ilə görüşdən sonra Ali Məhkəmədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, baş nazir və hökumət başçısı olaraq hakimlərdən məlumatı dinləməyə hər zaman hazır olduğunu bildirib.
“Əgər təbii ki, istək və konkret işlə bağlı olarsa, baş nazir olaraq hər zaman hakimlərdən məlumatı dinləməyə, onların narahatlıqlarını bölüşməyə və bundan sonra hansı addımları atacağımızı planlaşdırmağa hazıram”-deyə İ.Ğaribaşvili açıqlayıb.