İrakli Ğaribaşvili - baş nazir kimi Amerika və Avropa ilə əlaqələrin möhkəmlənməsinə böyük əhəmiyyət verirəm, bu istiqamətdə maksimumu edəcəm
İrakli Ğaribaşvili - baş nazir kimi Amerika və Avropa ilə əlaqələrin möhkəmlənməsinə böyük əhəmiyyət verirəm, bu istiqamətdə maksimumu edəcəm

Biz demokratik cəmiyyət yaradırıq və qururuq, istənilən vətəndaşın, xüsusən də siyasətçinin komandadan ayrılmaq hüququ var. Sözsüz ki, bu təəssüfləndiricidir. Lakin onlar bu yolu seçdilər, bu onların seçimidir, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “Aürcü Arzusunu” tərk edən deputatlarla bağlı sualı cavablandırarkən bəyan etdi.

Elə onun sözlərinə görə, demokratik cəmiyyətdə istənilən şəxsin istənilən sualı vermək hüququ var. Baş nazirin sözlərinə görə, bu, ölkədə “Gürcü Arzusu” komandasının müəyyən etdiyi standartdır.

“Müvafiq olaraq, dəmək istəyirəm ki, bu demokratik və şəffaf prosesə heç bir maneçilik yaratmayacağıq. Semokratik cəmiyyətdə istənilən şəxsin istənilən sualı vermək hüququ var. Bu, ölkədə komandamızın müəyyən etdiyi standartdır”, – İrakli Ğaribaşvili bəyan etdi.

Ğaribaşvili həmçinin qeyd etdi ki, Amerika və Avropa ilə əlaqələrin möhkəmlənməsinə böyük əhəmiyyət verir və bu istiqamətdə maksimumu edəcək.

“Mən, bir baş nazir kimi Amerika və Avropa ilə əlaqələrin möhkəmlənməsinə böyük əhəmiyyət verirəm. Bu istiqamətdə maksimumu edəcəm, bu mənim mövqeyimdir”, – baş nazir qeyd etdi.