İrakli Ğaribaşvili - Baş Assambleya Rusiya tərəfindən işğal olunmuş Gürcüstan bölgələrində güc yolu ilə həyata keçirilmiş demoqrafiya dəyişikliklərini bir daha qınadı və qaçqınların layiqincə evlərinə qayıtmaları hüquqularını təsdiq etdi
İrakli Ğaribaşvili - Baş Assambleya Rusiya tərəfindən işğal olunmuş Gürcüstan bölgələrində güc yolu ilə həyata keçirilmiş demoqrafiya dəyişikliklərini bir daha qınadı və qaçqınların layiqincə evlərinə qayıtmaları hüquqularını təsdiq etdi

BMT-nin Baş Assambleyasının “Abxaziyadan, Gürcüstan və Sxinvali bölgəsi/Cənubi Osetiyadan, Gürcüstan məcburi köçkünlər və qaçqınlar statusu barəsində” qətnamənin qəbulunu alqışlayıram, hansının da həmmmüəllif sırasına Gürcüstan ilə birlikdə dünyanın müxtəlif bölgəsinin 57 ölkəsi qoşuldu, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin bəyanatında deyilir.

“Qətnamənin qəbulu ilə, Baş Assambleya Rusiya tərəfindən işğal olunmuş Gürcüstan bölgələrində güc yolu ilə həyata keçirilmiş demoqrafiya dəyişikliklərini bir daha qınadı və qaçqınların layiqincə və milli mənsubiyyətinə baxmayaraq, təhlükəsiz evlərinə qayıtmaları hüquqularını təsdiq etdi. Qətnaməni dəstəkləyən və qətnamənin həmmüəllifi olan hər bir imza atan ölkəyə minnətdarlığımı bildirirəm. Qeyd olunan qərarla hər bir ölkə, məcburi köçkün və qaçqınların qayıtması hüququnu dəstəklədi və hər bir qaçqına həmrəyliyini ifadə etdi”, – baş nazir qeyd edir.

Nyu-Yorkda, BMT-nin Baş Assambleyası 75-ci sessiyası çərçivəsində, Gürcüstan da 57 ölkə tərəfindən təhrik olunmuş “Abxaziyadan, Gürcüstan və Sxinvali bölgəsi/Cənubi Osetiyadan, Gürcüstan məcburi köçkünlər və qaçqınlar statusu barəsində” qətnaməni qəbul etdi. Bu il qətnaməni 80 dövlət dəstəklədi.