İrakli Ğaribaşvili Bartın mədənində baş verən partlayış nəticəsində onlarla insanın həlak olması ilə bağlı, Türkiyə hökumətinə başsağlığı verdi
Gürcüstanın baş naziri Türkiyənin Bartın vilayətində mədəndə partlayış zamanı baş verən faciəyə əks səda verdi.
“Türkiyənin Bartın vilayətində kömür mədənində baş verən partlayışla bağlı xəbər bizi çox kədərləndirdi. Bu çətin anda biz həlak olanların yaxınlarının, xəsarət alanların və xilasetmə əməliyyatı iştirakçılarının yanındayıq. Türkiyə xalqına və hökumətinə səmimi başsağlığı və dəstəyimizi bildiririk”, – baş nazirin rəsmi “tvitter” səhifəsində dərc olunan bəyanatda deyilir.
Oktyabrın 14-də Bartın vilayətində mədəndə partlayış baş verdi. Partlayışın səbəbi hələlik məlum deyil. Axtarış-xilasetmə işlərində 150 nəfər iştirak edir.