İrakli Ğaribaşvili Bakıya yola düşüb
İrakli Ğaribaşvili Bakıya yola düşüb

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya yola düşüb.

Hökumət başçısı noyabrın 24-də Bakıda keçiriləcək SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) iqtisadi forumunda fəxri qonaq qismində iştirak edəcək.

Gürcüstanın Baş naziri forum çərçivəsində planlaşdırılan hökumət başçılarının zirvə toplantısında çıxış edəcək. İrakli Ğaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcək.

SPECA-nın təsis edilməsinin 25 illiyi ilə bağlı yubiley forumu bu il Azərbaycanın sədrliyi ilə keçirilir.

Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayır.