Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Bakının meri, Eldar Əzizovla görüşdü.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, söhbətdə iki ölkə arasında sıx əməkdaşlığın əsas istiqamətlərinə toxunuldu. Qeyd olundu ki, Gürcüstan və Azərbaycanın möhkəm strateji tərəfdaşlıq gətirən yaxşı dialoq, dostluq və əməkdaşlıq təcrübəsi var.
Baş nazir qeyd etdi ki, bölgə əməkdaşlığının dərinləşdirilməsi iki ölkənin ümumi maraqlarındadır.
Hökumət başçısının dediyinə görə, Gürcüstan etibarlı tərəfdaş kimi birgə layihələrin həyata keçirilməsinə və inkişafına bundan sonra da mühüm töhfə verəcək.
Söhbətdə bölgədə və dünyada təhlükəsizlik vəziyyətinə toxunuldu. Münaqişənin sülh yolu ilə həllinin vacibliyi xüsusi ilə qeyd edildi.
Hökumət administrasiyasında keçirilən görüşdə Azərbaycanın Gürcüstandakı səfiri, Faiq Quliyev və hökumət aparatının rəhbəri, Revaz Cavelidze iştirak edirdi.