İrakli Ğaribaşvili Azərbaycanın Energetika naziri, Pərviz Şahbazovla görüşdü
İrakli Ğaribaşvili Azərbaycanın Energetika naziri, Pərviz Şahbazovla görüşdü

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Azərbaycan Respublikasının Energetika naziri, Pərviz Şahbazovla görüşdü.

Hökumət administrasiyasının məlumatına görə, görüşdə Gürcüstan və Azərbaycan arasında strateji partnyorluq, o cümlədən nəqliyyat və enerji sahələrində müzakirələr aparıldı.

“Xüsusilə qeyd olundu ki, Gürcüstan Azərbaycanla sıx əməkdaşlıq etməklə enerji təhlükəsizliyi istiqamətində bölgə əməkdaşlığı dərinləşdirməyə hazırdır.

Etibarlı tranzit partnyoru kimi Gürcüstanın bundan sonra da nəqliyyat layihələrinin həyata keçirilməsinə və inkişafına mühüm töhfə verəcəyi ifadə edildi. Xüsusilə qeyd olundu ki, bu strateji layihələrin həyata keçirilməsi Xəzər və Qara Dənizlər vasitəsilə Asiyadan Avropaya yükdaşımaların səmərəliliyini və təhlükəsizliyini artıracaq.

Gürcüstanın baş naziri Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə Azərbaycanın Energetika nazirinə təşəkkürünü bildirdi və Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini təsdiqlədi”, – məlumatda deyilir.