İrakli Ğaribaşvili Azərbaycanın Baş nazirini nümayəndə heyəti ilə birlikdə şam yeməyinə qonaq edib
İrakli Ğaribaşvili Azərbaycanın Baş nazirini nümayəndə heyəti ilə birlikdə şam yeməyinə qonaq edib

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovu nümayəndə heyəti ilə birlikdə şam yeməyinə qonaq edib.

Gürcüstan Hökumət Administrasiyasının Mətbuat Xidmətinin məlumatında Mtatsmindada Azərbaycan Respublikasının Baş nazirinin şərəfinə rəsmi şam yeməyinin verildiyi deyilir.

İrakli Ğaribaşvili və Əli Əsədov Mtatsmindaya funikulyorun tramvayı ilə gediblər və Tbilisinin görməli yerlərini seyr ediblər.