İrakli Ğaribaşvili Azərbaycana yola düşdü
İrakli Ğaribaşvili Azərbaycana yola düşdü

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə Azərbaycan Respublikasına yola düşdü. Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayır.

Səfər çərçivəsində baş nazirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü olacaq, bundan sonra da media üçün birgə bəyanatlar veriləcək.

Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə baş nazirin müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili, Xarici İşlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri – Revaz Cavelidze daxildir.