İrakli Ğaribaşvili Azərbaycan Xarici İşlər naziri ilə görüşdü
İrakli Ğaribaşvili Azərbaycan Xarici İşlər naziri ilə görüşdü

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Azərbaycan Respublikasının Xarici İşlər naziri, Ceyhun Bayramov ilə görüşdü.

İrakli Ğaribaşvilinin sözlərinə görə, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşünün Tbilisidə keçirilməsi alqışlanasıdır. Hökumət başçısı görüşün uğurlu olacağına və dialoqun müsbət dinamikasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə etdi. Burada Azərbaycanın Xarici İşlər naziri Ermənistan-Azərbaycan mediasiyası məsələsində uğurlu vasitəçi kimi Gürcüstanın baş nazirinin şəxsi səylərinin rolunu vurğuladı.

Görüşdə sülhsevər qonşuluq təşəbbüsü və qarşılıqlı faydalı sahələrdə əməkdaşlığ diqqət yetirildi. O cümlədən iqtisadiyyat, ticarət və mədəniyyət istiqamətində. Bu dialoq platformasının bölgə münasibətlərin normallaşmasına töhfə verəcəyi qeyd edildi.

Həmçinin, Gürcüstan və Azərbaycan arasında mövcud strateji partnyorluq, o cümlədən nəqliyyat və energetika sahələrində müzakirələr aparıldı.

Azərbaycan Respublikasının Xarici İşlər naziri ilə görüşdə hökumət başçısı bölgədəki vəziyyəti və bu istiqamətdə qarşıda duran çağırışları müzakirə etdi. Ceyhun Bayramov baş nazirə Azərbaycanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini təsdiqlədi. Hökumət başçısı Gürcüstanın da Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini xüusislə qeyd etdi.

Hökumət administrasiyasında keçirilən görüşdə Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini, Fəriz Rzayev və Gürcüstan Xarici İşlər naziri, İliya Darçiaşvili iştirak edirdilər.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.