İrakli Ğaribaşvili - Azərbaycan və Ermənistan arasında dialoqun Tbilisidə keçirilməsini alqışlayıram, sülh millətlərimizin firavanlığı üçün vacibdir
Azərbaycan və Ermənistan arasında dialoqun Tbilisidə keçirilməsini alqışlayıram, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “tvitter” sosial şəbəkəsində yazır.
Hökumət başçısı qeyd edir ki, Gürcüstan dialoq formatında görüşlərə ev sahibliyi etmək ideyasına sadiq qalır.
“Gürcüstan bölgədə sülhün və sabitliyin saxlanılması üçün pozitiv rol oynamaq və dialoq formatında görüşlərə ev sahibliyi etmək ideyasına sadiq qalır. Sülh millətlərimizin firavanlığı üçün vacibdir”, – İrakli Ğaribaşvili “tvitter” sosial şəbəkəsində qeyd edir.