Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüb.
Baş nazirin mətbuat xidməti tərəfindən verilən məlumatda Azərbaycan Respublikası prezidentinin Gürcüstana işgüzar səfəri çərçivəsində keçirilən təkbətək görüşdə Gürcüstan ilə Azərbaycan Respublikası arasında xüsusi dostluq münasibətləri və strateji tərəfdaşlıq əlaqələrinin vurğulandığı deyilir.
İki ölkə arasında strateji tərəfdaşlığın və aktiv siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd edilib. Ticarət-iqtisadi sahədə intensiv əməkdaşlıq vurğulanıb.
İrakli Ğaribaşvili regionda sülh və sabitliyin iqtisadi inkişafı təmin etdiyini bildirib. Bildirilib ki, Gürcüstan və Azərbaycan Respublikası xarici siyasət istiqamətində sıx əməkdaşlıq edir, mövcud çağırışların öhdəsindən gəlmək üçün birləşmiş qüvvələrlə çalışırlar.
İki ölkə arasında ikitərəfli siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da gücləndirilməsinə hazırlıq ifadə olunub.
Görüşdə region və dünyada mövcud təhlükəsizlik mühitinə toxunulub.