İrakli Ğaribaşvili Azərbaycan Ədliyyə naziri ilə görüşdü
İrakli Ğaribaşvili Azərbaycan Ədliyyə naziri ilə görüşdü

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Azərbaycan Respublikasının Ədliyyə naziri, Fikrət Məmmədovla görüşdü.

Görüşdə söhbət iki ölkə arasında mövcud əlaqələrə və gələcək partnyorluğun perspektivlərinə, həmçinin Azərbaycan prezidenti, İlham Əliyevin Gürcüstana bu yaxınlarda etdiyi səfərə toxunuldu və qeyd olundu ki, bu səfər Gürcüstanla Azərbaycan arasında seçilən münasibətlərin daha bir sübutudur və iki ölkə arasında əməkdaşlığa əlavə təkan verir. Bölgədə mövcud vəziyyət barəsində danışdılar. Münaqişənin həllində dialoqun əhəmiyyəti vurğulandı.

Qeyd olundu ki, bu istiqamətdə dinc qonşuluq təşəbbüsü etimadın artırılması üçün möhkəm təməl ola bilər. Ölkələr arasında ticari-iqtisadi əlaqələrə diqqət yetirildi. Azərbaycanın Gürcüstanın ticarət partnyorlar arasında lider ölkə olduğu vurğulandı və bu əlaqələri daha da dərinləşdirməyə hazır olma ifadə olundu.

Hökumət administrasiyasında keçirilən görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri, Faiq Quliyev və Gürcüstanın Ədliyyə naziri, Rati Breqadze iştirak edirdilər.

Azərbaycanın Ədliyyə naziri Gürcüstanda gürcü-azərbaycan hüquq forumu çərçivəsində səfərdədir. Forum ilk dəfədir ki, Gürcüstan və Azərbaycanın Ədliyyə Nazirliklərinin himayəsi altında keçirilir.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.