İrakli Ğaribaşvili - azadlığa və ölkənin birləşməsinə gedən yol iqtisadi inkişafdan, ölkəmizin sabitliyindən, dövlətçiliyin möhkəmlənməsindən, sülh və xalqımızın birləşməsindən keçir
Yunkerlərin azadlıq və müstəqillik uğrunda fədakarlığı yaddaşımıza həkk olunub, onların qəhrəmanlıq nümunəsi nəsillərimiz üçün bələdçidir – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili, prezident Salome Zurabişvili və parlamentin sədri Şalva Papuaşvili ilə birlikdə parlamentin həyətində yunkerlərin xatirəsinə həsr olunmuş tədbirdə çıxış edərkən bildirib .
Baş nazir parlamentin həyətində yunkerlərin xatirəsini ehtiramla yad edib, abidə önünə əklil qoyub.
Hökumət başçısının sözlərinə görə, yunkerlərin idealları vahid, güclü və azad Gürcüstan olub və bu ideallar istiqamətində səylərimizi bundan sonra da davam etdirməliyik. Ğaribaşvilinin sözlərinə görə, azadlığa və ölkənin birləşməsinə gedən yol iqtisadi inkişafdan, ölkəmizin sabitliyindən, dövlətçiliyin möhkəmlənməsindən, sülh və xalqımızın birləşməsindən keçir.
“Bu gün həlak olan qəhrəmanların, yunkerlərin parlaq xatirəsini yad edəcəyik. Ölkəmizdə bu faciəli hadisənin baş verməsindən bir əsr keçir və ölkəmizin o vaxtkı tarixini dəyişdirən də məhz bu hadisədir. Bu hadisə ölkəmizin real inkişaf tempini və proseslərin inkişafını praktiki olaraq kəsdi və bizi uzun müddət ümumi Avropa ailəsindən ayırdı. Məhz bu gün qəhrəman gənclər, yunkerlər bizə nümunə qoydular ki, bu gün də bu nümunə bir çox nəsillərə bələdçi olaraq qalır. Onların fədakarlığı , ölkəmiz, azadlığımız, müstəqilliyimiz üçün göstərdiyi fədakarlıq uzun onilliklər ərzində yaddaşımızda qalıb.
Bu gün, bir əsr sonra biz müstəqil ölkəyik. Yunkerlərin öz vətənlərinin, onun azadlığının, müstəqilliyinin müdafiəsi uğrunda canlarından keçmələrinə baxmyaraq, onlar ölkəmizi işğal etmiş nəhəng, qüdrətli qırmızı ordunun qarşısını ala bilmədilər. Onların bu fədakarlığı əfsanə olaraq, qəhrəmanlıq nümunəsi nəsillərimizə bələdçi olaraq qalmışdır. Bu gün qeyd etdim ki, biz müstəqilik, lakin bizim əsas qayğımız, əsas arzumuz ölkəmizi birləşdirmək, ərazi bütövlüyümüzü, suverenliyimizi möhkəmləndirmək, bərpa etməkdir. Bu, əlbəttə ki, birgə səy, xalqımızın birləşməsini tələb edir, bu olmadan hər bir gürcünün, hər bir vətəndaşımızın, hər kəsin arzusu praktiki olaraq əlçatmazdır və mən inanıram ki, azadlığa, ölkənin birləşməsinə gedən yol ölkənin iqtisadi inkişafından, sabitliyindən, dövlətçiliyimizin möhkəmlənməsi, əmin-amanlıq, xalqımızın birliyindən keçir. Buna görə də yunkerlərin idealları olan vahid, güclü və azad Gürcüstan naminə biz də səylərimizi davam etdirməliyik. Yunkerlərin parlaq xatirəsini bir daha yad edir, xalqımıza birlik, güc və ölkəmizin birləşməsini arzulayıram” -deyə İrakli Ğaribaşvili bildirib.