İrakli Ğaribaşvili Avstriya Respublikasının Federal Şurasının Prezidenti ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avstriya Respublikasının Federal Şurasının Prezidenti Klaudiya Arpa ilə görüşüb.
Gürcüstanın Baş nazirinin mətbuat xidmətinin məlumatına əsasən, müzakirə olunan məsələlər arasında ölkələr arasında mövcud sıx əməkdaşlıq, Avropa Komissiyasının müsbət tövsiyəsi və Gürcüstanın Avropa İttifaqına tamhüquqlu üzvlüyü istiqamətində atdığı mühüm addımlar olub.
İdarədən verilmiş məlumatda qeyd edildiyi üzrə, görüşdə Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının Avropa Şurasına verdiyi müsbət tövsiyə müzakirə olunub.
Baş nazirin qeyd etdiyi kimi, bu tövsiyə Gürcüstanın intensiv işinin və əldə etdiyi nəticələrin aydın etirafıdır və Gürcüstan Aİ-yə inteqrasiya istiqamətində ardıcıl addımlar atır.
İrakli Ğaribaşvili Avstriya Respublikasının Gürcüstana Avropaya inteqrasiya yolunda dəstəyini davam etdirəcəyinə ümid etdiyini bildirib. Söhbət zamanı Gürcüstan ilə Avstriya Respublikası arasında sıx dostluq münasibətlərinə diqqət yetirilib. Əməkdaşlığın hansı istiqamətdə daha da dərinləşdirilməsinin mümkünlüyünü müzakirə ediblər.
Baş nazir Avstriya Respublikasının Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avropa yoluna göstərdiyi dəstəyə görə Avstriya Respublikasının Federal Şurasının Prezidentinə təşəkkür edib.
Məlumatı baş nazirin mətbuat xidməti yayır.