İrakli Ğaribaşvili - Avstriya, Litva və Rumıniya Xarici İşlər nazirləri ilə Şərq Partnyorluğu, bölgədə sülhün təmin olunması üçün Avropa İttifaqının qoşulması məsələsini müzakirə etdik
İrakli Ğaribaşvili - Avstriya, Litva və Rumıniya Xarici İşlər nazirləri ilə Şərq Partnyorluğu, bölgədə sülhün təmin olunması üçün Avropa İttifaqının qoşulması məsələsini müzakirə etdik

Avstriya, Litva və Rumıniya Xarici İşlər nazirləri ilə Şərq Partnyorluğu, bölgədə sülhün təmin olunması üçün Avropa İttifaqının fəal qoşulması məsələsini müzakirə etdik,- bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “tvitter” sosial şəbəkəsində yazır.

Cozef Borelin mandatı ilə Gürcüstan və Cənubi Qafqazda səfərdə olan Avstriya, Litva və Rumıniya Xarici İşlər nazirləri ilə görüşdüm. Şərq Partnyorluğu, bölgədə sülhün təmin olunması üçün Avropa İttifaqının fəal qoşulması məsələsini müzakirə etdik. Avropa İttifaqının gündəminin prioritet maddələr arasında Rusiya-Gürcüstan münaqişəsi məsələsinin qorunub saxlanılması əhəmiyyətinə xüsusi diqqət yetirdik”, – İrakli Ğaribaşvili yazır.