İrakli Ğaribaşvili - Avstriya kansleri Gürcüstanda ilk dəfə səfərdədir və bunu tarixi adlandıra bilərik
İrakli Ğaribaşvili - Avstriya kansleri Gürcüstanda ilk dəfə səfərdədir və bunu tarixi adlandıra bilərik

 

Avstriyalı həmkarımı Gürcüstanda qəbul etməyimə şadam, bu, Avstriya kanslerinin Gürcüstana ilk səfəridir və bunu tarixi səfər adlandıra bilərik – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avstriyanın federal kansleri, Karl Nehammer ilə keçirilən mətbuat konfransında açıqlayıb.

“İlk növbədə həmkarıma təşəkkür etmək istəyirəm. Çox məhsuldar görüş və söhbətimiz oldu. Yayda mən Vyanada rəsmi səfərdə idim, cənab Nehammer məni qəbul etdi. Biz çox məhsuldar müzakirələr apardıq, ikitərəfli münasibətlərimiz, ümumilikdə bu gün dünyada, Avropa qitəsində, regionumuzda yaranmış olduqca mürəkkəb geosiyasi vəziyyət haqqında danışdıq, bütün bunlar təbii ki, ölkələrimizə də təsir edir”- deyə Ğaribaşvili açıqlayıb.

Gürcüstanın Baş nazirinin qeyd etdiyi kimi, Avstriyanın federal kansleri ilə təkbətək görüşdə tərəflər mövcud vəziyyəti ətraflı müzakirə ediblər.

“Əlbəttə, Ukraynadakı müharibə bu gün Avropa qitəsində ən böyük çağırışdır. Avropada İkinci Dünya Müharibəsindən sonra bu miqyasda böhran yaşanmamışdır, bu da bütün Avropanın təhlükəsizlik arxitekturası, dünya və regionumuz üçün olduqca böyük problemdir. Bildiyiniz kimi, ölkəmizin öz problemləri var, ölkəmizin 20 faizi Rusiya tərəfindən işğal olunub. 2008-ci ilin müharibəsi, təbii ki, ölkəmiz üçün dağıdıcı oldu. Bunun nəticəsi tarixi ərazilərimizin-Abxaziya, Samachablonun tanınmasıdır və sözügedən işğal bu günə qədər davam edir ki, bu da təbii ki, ölkəmiz üçün böyük çağırışdır. Biz bu çağırışa düzgün, ağıllı siyasətlə cavab veririk. Son on ildə biz Gürcüstanda sülh, sabitlik və iqtisadi inkişafa nail ola bilmişik” – deyə Baş nazir açıqlayıb.