İrakli Ğaribaşvili Avropa Şurasının prezidenti Şarl Mişellə görüşüb
İrakli Ğaribaşvili Avropa Şurasının prezidenti Şarl Mişellə görüşüb

 
Avropa Şurasının prezidenti Şarl Mişel Gürcüstanın baş naziri İrakli Ğaribaşvilini Brüsselə işgüzar səfərinin ilk günü qəbul edib.

Görüşlər başlamazdan əvvəl Gürcüstan hökumətinin başçısı “Twitter”-də, keçirəcəyi görüşlərin əsas mövzusunun sorğu vərəqəsinin təqdim edilməsindən sonra Aİ-yə namizəd ölkə statusu ilə bağlı Gürcüstanın gözləntiləri olacağını yazıb.