İrakli Ğaribaşvili - Avropa İttifaqı Şurasının Prezidenti ilə səmərəli görüş keçirdim, əlaqələrimizi gücləndirməkdə davam edirik
İrakli Ğaribaşvili - Avropa İttifaqı Şurasının Prezidenti ilə səmərəli görüş keçirdim, əlaqələrimizi gücləndirməkdə davam edirik

 

Gürcüstan və Avropa İttifaqı birlikdə regionda sülh, demokratiya və iqtisadi artımı təmin edəcəklər – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili sosial şəbəkədə yazır.

Ğaribaşvilinin qeyd etdiyi kimi, Avropa İttifaqı Şurasının Prezidenti ilə səmərəli görüş keçirib.

“Avropa İttifaqı Şurasının Prezidenti ilə səmərəli görüş keçirdim. Əlaqələrimizi gücləndirməkdə davam edirik. Gürcüstan 12 tövsiyəni yekunlaşdırmaq üzərində işləyir və ilin sonunda namizəd statusuna layiqdir. Gürcüstan və Avropa İttifaqı birlikdə regionda sülhü, demokratiyanı və iqtisadi inkişafı təmin edəcəklər ” -deyə İrakli Ğaribaşvili yazır.