İrakli Ğaribaşvili Avropa Şurası, Avropa Komissiyası, Avropa Parlamenti və NATO-da yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək
İrakli Ğaribaşvili Avropa Şurası, Avropa Komissiyası, Avropa Parlamenti və NATO-da yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Belçika Krallığındadır.

Hökumət administrasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, iki günlük səfər çərçivəsində Gürcüstan hökumətinin başçısı Avropa Şurasında, Avropa Komissiyasında və Avropa Parlamentində, həmçinin NATO-da yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək. Görüşlərdə müzakirə olunacaq əsas məsələlər Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiya gündəliyi, Avropa Komissiyasının sorğu vərəqəsi ilə bağlı məsələlər, eləcə də regionda təhlükəsizlik baxımından mövcud vəziyyət olacaq.

Gürcüstanın baş naziri ilə birlikdə xarici işlər naziri İlia Darçiaşvili də Brüsselə səfər edib, o Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirəcək.