İrakli Ğaribaşvili Avropa Siyasi Birliyinin üçüncü sammitinin açılış mərasimində iştirak edib
Baş nazir İrakli Ğaribaşvili Avropa Siyasi Birliyinin üçüncü sammitində iştirak etdiyi İspaniyanın Qranada şəhərindədir.
İrakli Ğaribaşvili Avropa Siyasi Birliyinin plenar sessiyasının açılış mərasimində iştirak edib.
Sammitin plenar iclasını İspaniya Krallığının Baş naziri Pedro Sançes açıb. O, Avropa Siyasi Birliyinin iştirakçı dövlətlərinin liderlərinə müraciət edib.
Ardıcıl üçüncü sammitdə 47 Avropa ölkəsinin liderləri və Avropa İttifaqının müxtəlif qurumlarının rəhbərləri iştirak edir.