İrakli Ğaribaşvili Avropa Siyasi Birliyinin sammitində iştirak edən liderlərin şərəfinə verilən rəsmi naharda iştirak edib
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avropa Siyasi Birliyinin sammitində iştirak edən liderlər ilə birlikdə Qranada şəhərindəki tarixi Alambra qalasını ziyarət edib.
Baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunduğu üzrə, liderləri İspaniya Krallığının kralı VI Filipp və kraliçası qəbul edib.
Verilmiş məlumatda Avropa Siyasi Birliyinin (EPC) sammitində iştirak edən liderlərin birgə şəkil çəkdirdikləri, daha sonra onların şərəfinə rəsmi nahar verildiyi deyilir.