İrakli Ğaribaşvili Avropa Palatasının və Çexiya Ticarət Palatasının Prezidenti ilə görüşüb
İrakli Ğaribaşvili Avropa Palatasının və Çexiya Ticarət Palatasının Prezidenti ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avropa Palatasının və Çexiya Ticarət Palatasının Prezidenti Vladimir Dlouh ilə görüşüb.

Baş nazirin mətbuat xidmətindən verilən məlumatda hökumət başçısının Vladimir Dlouhu Avropa Parlamentinin Prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik etdiyi və ona gələcək fəaliyyətində uğurlar arzuladığı deyilir.

Görüşdə ticarət əlaqələrinin genişləndirilməsi, ticarətin liberallaşdırılması və ixrac bazarları məsələlərinə toxunulub. Gürcüstanın investisiya potensialı və xarici investorlar üçün ölkədə mövcud əlverişli biznes mühit müzakirə olunub. Gürcüstanın unikal coğrafi mövqeyinin əhəmiyyəti vurğulanıb və ölkənin regional ticarət, rəqəmsal, nəqliyyat və logistika qovşağı kimi rolunun güclənməkdə olduğu qeyd olunub.

Hökumət Administrasiyasında keçirilən görüşdə Avropa Palatasının vitse-prezidenti, Türkiyə Palatalar və Birjalar Assosiasiyasının Prezidenti Rifat Hısarcıklıoğlu, Avropa Palatasının icraçı direktoru Ben Baters iştirak edib.

Gürcüstan tərəfdən görüşdə vitse-baş nazir, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Gürcüstanın Sənaye və Ticarət Palatasının Prezidenti Qiorqi Pertaia iştirak ediblər.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.