İrakli Ğaribaşvili Avropa Komissiyasının sorğu vərəqəsinin birinci hissəsini Karl Hartselə təqdim edib
İrakli Ğaribaşvili Avropa Komissiyasının sorğu vərəqəsinin birinci hissəsini Karl Hartselə təqdim edib

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Hökumət Administrasiyasında ölkə tərəfindən tamamlanmış Avropa Komissiyasının sorğu vərəqəsinin birinci hissəsini Aİ Nümayəndəliyinin rəhbəri Karl Hartselə təqdim edib.

“Gürcüstan tərəfindən Aİ-yə üzvlük müraciətinə dair rəyin hazırlanması üçün Avropa Komissiyasının sorğu vərəqəsinə verdiyimiz cavabları sizə təqdim etmək şərəfinə nail oluram” -deyə baş nazir bildirib.

Aİ-nin səfiri Gürcüstana uğurlar arzulayıb və bu tarixi prosesdə iştirak etməkdən şərəf duyduğunu qeyd edib.

“Sizə təşəkkür etmək istəyirəm, daha bir tarixi anın parçası olmaq və bu sivil seçimə gedən yolda sizin yanınızda olmağın mənim üçün böyük şərəf olduğunu xüsusilə vurğulamaq istəyirəm ” -deyə Karl Hartsel bildirib.

Hökumət başçısı qeyd edib ki, Gürcüstan hakimiyyəti, bütün aidiyyəti dövlət qurumları 33 fəsildən və 2300-ə qədər sualdan ibarət sorğu vərəqəsinin ikinci, sektoral hissəsinin tamamlanması istiqamətində intensiv işləri davam etdirir. İrakli Ğaribaşvilinin sözlərinə görə, Gürcüstan hökuməti sorğu vərəqəsinin ikinci hissəsini vaxtından əvvəl Aİ-yə təqdim etmək istəyir və bunun üçün qurumlar səylərini əsirgəməyəcəklər.

Məlum olduğu üzrə, tamamlanmış sorğu vərəqəsini aldıqdan sonra Avropa Komissiyası özünün qiymətləndirmə hesabatını hazırlamağa başlayacaq, bu hesabat Avropa İttifaqı Şurasına təqdim olunacaq və şura ehtimal ki iyunun sonunadək müvafiq qərarı qəbul edəcək.

Məlumatı Gürcüstanın Hökumət Administrasiyasının Mətbuat Xidməti yayır.