İrakli Ğaribaşvili - Avropa Komissiyasının hesabatı göstərir ki, Gürcüstan ilk islahatçı ölkə kimi Avropa İttifaqına namizəd ölkə statusu almağa layiqdir
İrakli Ğaribaşvili - Avropa Komissiyasının hesabatı göstərir ki, Gürcüstan ilk islahatçı ölkə kimi Avropa İttifaqına namizəd ölkə statusu almağa layiqdir

Avropa Komissiyasının hesabatı göstərir ki, Gürcüstan ilk islahatçı ölkə kimi Avropa İttifaqına namizəd ölkə statusu almağa layiqdir, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “tvitter” sosial şəbəkəsində yazır.

Hökumət başçısının dediyinə görə, Avropa Komissiyasının hesabatında Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyiş aydın şəkildə əks olunur.

Avropa Komissiyası Gürcüstanın milli qanunvericilik bazasının Avropa İttifaqı qanunvericiliyinə uyğunluğu ilə bağlı analitik hesabat dərc etdirdi.

Sənəddə ölkəmizin Avropaya inteqrasiya yolunda əldə etdiyi tərəqqi aydın şəkildə əks olunur və bir daha göstərir ki, Gürcüstan ilk islahatçı ölkə kimi Avropa İttifaqına namizəd ölkə statusu almağa layiqdir”, – Ğaribaşvili qeyd edir.

Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqına üzvlük müraciəti ilə bağlı hesabat dərc etdirdi.