İrakli Ğaribaşvili - Avropa Komissiyasının qərarını gözləyirik, bu daha bir tarixi qərar olacaq və Gürcüstanın Avropa gələcəyini müəyyən edəcək
Biz Avropa Komissiyasının iki gün sonra açıqlanacaq və daha bir tarixi qərar olacaq qərarını gözləyirik. Bu, Gürcüstanın Avropa gələcəyini müəyyən edəcək – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Şərq Tərəfdaşlığı Məsələləri üzrə Avropa İttifaqının və üzv ölkələrin xüsusi nümayəndələri ilə görüşü zamanı açıqlayıb.
Hökumət başçısı Avropa İttifaqı ilə Gürcüstan arasında güclü tərəfdaşlığın birgə səylərin nəticəsi olduğunu və olduqca konkret nəticələr verdiyini bildirib.
“Bir daha sizləri salamlayıram və ziyarətinizə görə hamınıza təşəkkür edirəm. İlk növbədə, gəldiyiniz üçün hökumətim adından sizə təşəkkürümü bildirirəm. Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və Avro-Atlantik istəklərinə verdiyiniz dəstəyi yüksək qiymətləndirirəm.
Hesab edirəm ki, səfəriniz Avropa İttifaqı ilə Gürcüstan arasında belə deyərdim ki, həlledici məqamda baş tutur. Bu, Gürcüstanın Avropa gələcəyinə verdiyiniz dəstəyin əyani təsdiqidir.
Avropa İttifaqı ilə Gürcüstan arasında güclü tərəfdaşlıq birgə səylərimizin nəticəsidir və bildiyimiz kimi, çox konkret nəticələr verib. Bunlara: assosiasiya sazişi, vizasız səyahət rejimi, keçən il qəbul edilmiş Avropa perspektivi kimi tarixi qərar daxildir. Hazırda təbii ki, biz Avropa Komissiyasının iki gün sonra açıqlanacaq və daha bir tarixi qərar olacaq qərarını gözləyirik. Bu, Gürcüstanın Avropa gələcəyini müəyyən edəcək.
Beləliklə, mən sizi bir daha səmimiyyətlə salamlayıram və sizə minnətdarlığımı bildirmək istəyirəm”- deyə baş nazir açıqlayıb.