İrakli Ğaribaşvili - Avropa komissarı Oliver Varhei ilə səmərəli görüşüm oldu, biz Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyişi müzakirə etdik
Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə Avropa komissarı Oliver Varhei ilə səmərəli görüşüm oldu – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Twitter”də yazır.
Hökumət başçısının qeyd etdiyi kimi, görüşdə Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyişlər müzakirə olunub.
“Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə Avropa komissarı Oliver Varhei ilə səmərəli görüşüm oldu. Biz Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyişi müzakirə etdik. Gürcüstan Avropa İttifaqı ilə əlaqələrini gücləndirir və səbirsizliklə namizəd statusu ilə bağlı qərarı gözləyir” – baş nazir bildirib.