İrakli Ğaribaşvili Avropa İttifaqının təşəbbüsü ilə Praqada keçirilən Avropa Siyasi Birliyinin birinci zirvə toplantısında iştirak edir
İrakli Ğaribaşvili Avropa İttifaqının təşəbbüsü ilə Praqada keçirilən Avropa Siyasi Birliyinin birinci zirvə toplantısında iştirak edir

 

Baş nazir İrakli Ğaribaşvili Avropa İttifaqının təşəbbüsü ilə Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Siyasi Birliyinin birinci zirvə toplantısında iştirak edir.

İrakli Ğaribaşvili Avropa Siyasi Birliyinin (EPS) birinci görüşünün plenar sessiyasının açılış tədbirində iştirak edib.

Aİ-nin prezidenti olan ölkə – Çexiya Respublikasının baş naziri Petr Piala sammitin plenar sessiyasının açılışını edib, o, Avropa Siyasi Birliyinin iştirakçı dövlətlərinin liderləri qarşısında çıxış edərək, Avropa qitəsində sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərin birləşdirilməsindən danışıb. Digər tərəfdən, Avropa ailəsinin inşaasının necə davam etdirilməsi, Avropa ailəsi ilə bağlı olan ölkələrin inteqrasiyası proseslərinə toxunulub.

Oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada Avropa İttifaqının təşəbbüsü ilə Avropa Siyasi Birliyinin birinci zirvə toplantısı keçirilir. Sammitdə Aİ-nin 27 üzvü və 17 tərəfdaş dövlətin başçıları iştirak edəcək.

Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri İlia Darçiaşvili və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.

Açılış tədbirindən sonra Avropa Siyasi Birliyinin görüşündə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri birgə xatirə şəkli çəkdiriblər.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.