İrakli Ğaribaşvili - Avropa İttifaqının sorğusu duldurulub, müsbət gözləntilərimiz var, götürdüyümüz öhdəliklərimizi vicdanla yerinə yetirmişik
İrakli Ğaribaşvili - Avropa İttifaqının sorğusu duldurulub, müsbət gözləntilərimiz var, götürdüyümüz öhdəliklərimizi vicdanla yerinə yetirmişik

Avropa İttifaqının sorğusu duldurulub, müsbət gözləntilərimiz var, götürdüyümüz öhdəliklərimizi vicdanla yerinə yetirmişik, başladığımız islahat prosesi davam edir, davam edəcək və sonuna qədər gedəcək, – bu barədə jurnalistlərə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili bəyan etdi.

İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, dünən Avropaya inteqrasiya üzrə hökumət komissiyasının iclası keçirilib və yekun sorğu anketi doıduruıubdur.

“İdarələr çox səmərəli işlədilər, bütün suallar keçildi və bu sənəd tamamlandı. Sənəd Avropa İttifaqının Gürcüstandakı səfirinə verilməyə hazırdır və hansı da daha sonra Brüsselə göndəriləcək. Müsbət gözləntilərimiz var. Götürdüyümüz öhdəliklərimizi vicdanla yerinə yetirmişik. Başladığımız islahat prosesi davam edir, davam edəcək və sonuna qədər gedəcək. İndi, əlbəttə ki, bundan sonra biz, assossiasialaşdırılmış üçlük – Ukrayna, Moldova, Gürcüstan – bu anketi birlikdə təqdim edəcəyik və ölkələrimizin gələcək inkişafı üçün çox vacib olacaq qərarı gözləyəcəyik”, – Ğaribaşvili bəyan etdi.