İrakli Ğaribaşvili - Avropa İttifaqında jurnalistlərin respodentin hüquqlarını qoruduğu və hücuma keçmədiyi mövcud minimal standartın Gürcüstanda bərqərar olmasını arzu edərdim
Aİ-yə üzv ölkələrdə jurnalistlərin bir-birinin fikrinə hörmət etdiyi, o cümlədən respodentin hüquqlarını qoruduğu və hücuma keçmədiyi mövcud minimal standartın Gürcüstanda bərqərar olmasını arzu edərdim-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avropa İttifaqına inteqrasiya üçün hansı addımların atıldığına dair sual ünvanlamış jurnalistlərə cavabında açıqlayıb.
Ğaribaşvili Gürcüstanda bu standartın tədricən bərqərar olmasını arzuladığını bildirib.
“Avropaya inteqrasiyadan bəhs etdiniz və mən Aİ-yə üzv ölkələrdə jurnalistlərin bir-birinin fikrinə hörmət etdiyi, o cümlədən respodentin hüquqlarını qoruduğu və hücuma keçmədiyi, eləcə də jurnalistlərin bir-birinə, həmkarlarına hörmət etməli, respondentin cavabını gözləməli, sonra dəqiqləşdirici suallar verməli olduğu mövcud minimal standartın Gürcüstanda bərqərar olmasını arzu edərdim. Bu, təmin etməli olduğunuz minimal Avropa standartıdır” – deyə İrakli Ğaribaşvili bildirib.