İrakli Ğaribaşvili - Avropa İttifaqına üzvlüyü sürətləndirmənin imkansız olduğunu başa düşürük, buna tezliklə nail olmaq üçün əlimizdən gələni edəcəyik, bu, gürcü xalqının istəyini ifadə edən planımızdır
İrakli Ğaribaşvili - Avropa İttifaqına üzvlüyü sürətləndirmənin imkansız olduğunu başa düşürük, buna tezliklə nail olmaq üçün əlimizdən gələni edəcəyik, bu, gürcü xalqının istəyini ifadə edən planımızdır

 

Hakimiyyətimiz ölkənin Avropa İttifaqına daxil olması məsələsində ardıcıldır. Avropa perspektivi və Avropa yolu xalqımızın seçimidir. Bu, dönməz olan və hakimiyyətimizin son bir neçə ildə mümkün qədər sürətləndirdiyi yol və prosesdir -bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Berlində Olaf Şoltsla birgə mətbuat konfransında açıqlayıb.

Gürcüstanın baş naziri “Gürcü Arzusu” hakimiyyəti dövründə Gürcüstanın Avropaya maksimum yaxınlaşdığını bildirib.

“Məhz hakimiyyətimiz dövründə biz Assosiasiya, Azad Ticarət Sazişini imzaladıq, vizasız rejim qüvvəyə mindi. İndi bu tarixi zamanda Gürcüstana Avropa perspektivi verilməsi ilə bağlı tarixi qərar qəbul edildi. Üzvlüyümüzü nə qədər vaxtda təsəvvür etməyimizə gəlincə, bu təkcə istəkdən asılı deyil, bu maksimum məsuliyyətlə izlədiyimiz bir prosesdir. Bunu sürətləndirmənin imkansız olduğunu başa düşürük, müəyyən meyarlar var ki, onları yerinə yetirməliyik. Bu, ölkəmizi ölkənin Avropa Birliyinə üzv olacağı günə hazırlamalıdır. Ölkədə modernləşmə, transformasiya, inkişaf və islahatların aparılması ilə bağlı konkret planımız var. Namizəd statusu almağa imkan verəcək 12 tövsiyə də məhz bununla bağlıdır. Biz buna mümkün qədər tez nail olmaq üçün əlimizdən gələni edəcəyik, bu, gürcü xalqının istəyini ifadə edən planımız, baxışımızdır”-deyə Ğaribaşvili bildirib.