İrakli Ğaribaşvili - Avropa İttifaqına üzv olmaq Gürcüstan və Moldovanın ümumi hədəfi, xalqlarımızın sivil seçimidir
İrakli Ğaribaşvili - Avropa İttifaqına üzv olmaq Gürcüstan və Moldovanın ümumi hədəfi, xalqlarımızın sivil seçimidir

 
Avropa İttifaqına üzv olmaq Gürcüstan və Moldovanın ümumi hədəfi, xalqlarımızın sivil seçimidir-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Moldovanın baş naziri Natalia Qavrilitsa ilə görüşdən sonra “Twitter” sosial şəbəkəsində yazır.

İrakli Ğaribaşvili Davosa səfəri çərçivəsində Natalia Qavrilitsa ilə görüşüb.

“Moldova Respublikasının Baş naziri Natalia Qavrilitsa ilə çox yaxşı söhbət alındı. Avropa İttifaqına üzv olmaq Gürcüstan və Moldovanın ümumi hədəfi, xalqlarımızın sivil seçimidir. Biz bu yolda birgə işləməyə fəal şəkildə davam edəcəyik. Həmkarıma Gürcüstanın Moldovanın suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyini bir daha təsdiqlədim” -deyə baş nazir qeyd edir.