İrakli Ğaribaşvili Avropa İttifaqına üzv ölkələrin səfirlərini şam yeməyində qəbul edib
İrakli Ğaribaşvili Avropa İttifaqına üzv ölkələrin səfirlərini şam yeməyində qəbul edib

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herchinskini və Avropa İttifaqına üzv dövlətlərin səfirlərini şam yeməyində qəbul edib. Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayır.

Verilmiş məlumatda hökumət başçısının diplomatlarla qeyri-rəsmi şəraitdə Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyişi müzakirə etdiyi deyilir.

“Gürcüstanın namizəd statusu alması üçün müəyyən edilmiş 12 tövsiyənin icra dinamikasına toxunulub.

Gürcüstana namizəd statusunun verilməsinin vacibliyi vurğulanıb” -deyə baş nazirin mətbuat xidmətinin məlumatında qeyd olunub.