İrakli Ğaribaşvili Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri, Karl Hartsel ilə vida görüşü keçirdi
İrakli Ğaribaşvili Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri, Karl Hartsel ilə vida görüşü keçirdi

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri, Karl Hartsel ilə vida görüşü keçirdi.

Söhbət zamanı Gürcüstan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə mövcud əməkdaşlığa toxunuldu. Son illər əldə olunan mühüm irəliləyiş və ikitərəfli münasibətlərin müsbət dinamikası qeyd edildi.

Hökumət başçısının dediyinə görə, Gürcüstana Avropa perspektivinin verilməsi tarixi qərar idi və Avropa Şurası və Avropa İttifaqına üzv ölkələrin liderləri Gürcüstanın gələcəyinin Avropa İttifaqında olduğunu təsdiqlədilər.

İrakli Ğaribaşvili Karl Hartselə Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və Gürcüstanın Avropa yoluna verdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirdi.

Baş nazir Karl Hartselinin Gürcüstan ilə Avropa İttifaqı arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğuladı və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.