İrakli Ğaribaşvili - Avropa İttifaqı ilə vizasız rejimin qüvvəyə minməsi üçün çox çalışdıq, bu nəticənin əldə olunmasında töhfəsi olan hər kəsə təşəkkür edirəm
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında Avropa İttifaqı ilə vizasız rejimin qüvvəyə minməsinin beşinci ildönümü ilə əlaqədar bu nəticənin əldə edilməsində töhfəsi olan hər kəsə təşəkkür edib.
Ğaribaşvilinin sözlərinə görə, bu proses 2013-cü ildə başlayıb və hökumət bu nəticəni əldə etmək üçün çox çalışıb.
” Bu gün Avropa İttifaqı ilə vizasız rejimin qüvvəyə minməsindən beş il ötür. Beləliklə, hər kəsi bu mühüm tarix münasibətilə təbrik edirəm. Bildiyiniz kimi, biz bütün hökumət bunun üçün çox çalışmışıq və bu nəticədə töhfəsi olan hər kəsə təşəkkür etmək istəyirəm. Həmçinin, əhaliyə xatırlatmaq istərdim ki, biz bu prosesə 2013-cü ildə, vizasız rejimə dair fəaliyyət planı bizə verildikdən sonra başlamışıq. O vaxt hökumət çox intensiv işlər gördü. 2015-ci ilin dekabrında bitirdik və aldıq. Aİ bəhsi keçən işləri qənaətbəxş hesab etdi və çox keçmədən, təxminən bir ilə Aİ viza rejimi ləğv edildi və vətəndaşlarımız Aİ ölkələrində vizasız gediş-gəlişdən istifadə edirlər. Əhaliyə, vətəndaşlarımıza onu da xatırlatmaq istəyirəm ki, bu 5 il ərzində Gürcüstanın yarım milyondan artıq vətəndaşı milyon yarımdan çox səfər edib ki, bu da Avropa İttifaqı ilə Assosiativ Razılaşmanı bağladıqdan sonra əldə etdiyimiz konkret, nəzərəçarpacaq nəticədir”- deyə İrakli Ğaribaşvili bildirib.