İrakli Ğaribaşvili – Avropa İttifaqı ilə inteqrasiyamızın yeni mərhələsinə qədəm qoymağı səbirsizliklə gözləyirəm
Mən Avropa İttifaqı ilə inteqrasiyamızın yeni mərhələsinə keçidi səbirsizliklə gözləyirəm, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində yazıb.
İrakli Ğaribaşvili qeyd edir ki, Şərq Tərəfdaşlığı Sammiti Gürcüstan üçün mühüm hadisədir və bu, Avropa İttifaqı ilə gələcək tərəfdaşlığı və gələcək inteqrasiya yollarına dair substantiv müzakirələri müəyyən edəcək.
“2021-ci il Şərq Tərəfdaşlığı Sammitində iştirak etmək mənim üçün böyük şərəfdir. Bu, Gürcüstan üçün Aİ ilə gələcək tərəfdaşlığımızı və gələcək inteqrasiya yollarına dair əsaslı müzakirələri müəyyən edən mühüm mərhələdir. Mən Avropa İttifaqı ilə inteqrasiyamızın yeni mərhələsinə keçməyi səbirsizliklə gözləyirəm”, – baş nazir yazıb.