İrakli Ğaribaşvili - Avropa İttifaqı ilə Assosiasiya Sazişinin, azad ticarət razılaşmasının imzalanması, vizasız rejim, indi isə artıq rəsmi müraciətlə hökumətimiz sübut etdi ki, biz xalqın sifarişini vicdanla yerinə yetiririk
Biz Aİ qarşısında üzərimizə götürdüyümüz bütün öhdəlikləri və vədləri hərtərəfli yerinə yetirmişik. Artıq rəsmi müraciətlə hökumətimiz sübut etdi ki, biz sadiqik və xalqımızın sifarişini vicdanla yerinə yetiririk-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, fəal xarici siyasət yürüdüblər və Gürcüstan Aİ-nin namizəd statusu ilə bağlı qərarını gözləyir.
“Biz Avropa İttifaqının namizəd statusu ilə bağlı qərarını gözləyirik. Bildiyiniz kimi, biz fəal xarici siyasət aparmışıq. Mənim göstərişimlə yeni xarici işlər naziri İlia Darçiaşvili avropalı həmkarları ilə fəal şəkildə danışır. O, artıq 20-dən çox görüş keçirib ki, görüşlərin də 17-si xarici işlər naziri ilə baş tutub. Onun bu həftə və gələn həftələrə planlaşdırılan görüşləri də var. O, ölkədəki vəziyyət, hansı islahatları həyata keçirdiyimiz barədə intensiv danışıqlar apardı. Beləliklə, bütün məlumatlar tam şəkildə ötürülüb. Həmçinin, bildiyiniz kimi, fəal xarici siyasətim olub, çoxlu səfərlər etmişəm, o cümlədən Brüsseldə oldum. Mən ən yüksək səviyyədə görüşlər keçirmişəm, avropalı, qərbli həmkarlarımızla danışmışam və ən əsası biz Avropa İttifaqı ilə Assosiasiya Sazişinin , azad ticarət sazişinin imzalanması və daha sonra vizasız rejimin qəbulu ilə üzərimizə götürdüyümüz bütün öhdəlikləri, vədləri hərtərəfli yerinə yetirmişik. İndi isə hökumətimiz rəsmi müraciətlə sübut etdi ki, biz sadiqik və təbii ki, xalqımızın sifarişlərini vicdanla yerinə yetiririk. Hökumətimiz olmasaydı, Aİ-də olmaq qalsın bir kənarda, indi çox pis şəraitdə olardıq.Bir daha Avropadakı və ölkə daxilindəki dostlarımıza, həmkarlarımıza xatırlatmaq istərdim ki, Gürcüstanın assosiativ ölkə olması, vətəndaşlarımız üçün vizasız rejimin və azad ticarətin olması və indi isə Aİ-yə üzvlük üçün müraciət etmək şərəfinə nail olmağımız “Gürcü Arzusu”nun töhfəsidir” – deyə İrakli Ğaribaşvili bildirib.