İrakli Ğaribaşvili Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə bölgə nümayəndəsi ilə görüşdü
İrakli Ğaribaşvili Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə bölgə nümayəndəsi ilə görüşdü

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Avropa İnvestisiya Bankının (EIB) Cənubi Qafqaz üzrə bölgə nümayəndəsi, Maşey Çura ilə görüşdü.

Elə onların məlumatına görə, qeyd olundu ki, “EIB” ilə əməkdaşlıq yalnız birgə iri investisiya layihələri istiqamətində deyil, eləcə də Gürcüstanın Avropa İttifaqına inteqrasiyası kontekstində əhəmiyyətlidir.

Görüşdə Gürcüstanda cari və planlaşdırılan islahatlar və bu islahatların həyata keçirilməsi baxımından Avropa İnvestisiya Bankının maliyyə dəstəyinin əhəmiyyəti müzakirə olundu. Vurğulandı ki, islahatların davam etdirilməsi Gürcüstanın çətinliklərin dəf edilməsinin yeganə yoludur.

Diqqət EIB-in pandemiya və post-pandemiya dövründə həlledici roluna yetirildi. Baş nazir göstərdiyi dəstəyə görə, Avropa İnvestisiya Bankının (EIB) bölgə nümayəndəsinə təşəkkürünü bildirdi.