İrakli Ğaribaşvili ATƏT-in sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buiar Osman ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buiar Osman ilə görüşüb.
Görüşdə müzakirə olunan əsas mövzular ATƏT-ə sədrlik edən ölkə ilə beynəlxalq əməkdaşlığın aktual məsələləri və Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi tərəqqi olub.
Hökumət Administrasiyasında keçirilən görüşdə iki ölkə arasında mövcud məhsuldar əməkdaşlığın dərinləşdirilməsinə hazırlıq ifadə olunub. Şimali Makedoniya xarici işlər nazirinin ATƏT-ə sədrliyi dövründə səfərinin əhəmiyyəti vurğulanıb.
Görüşdə Gürcüstanın işğal olunmuş ərazilərindəki mövcud vəziyyətə toxunulub. İrakli Ğaribaşvili Buiar Osmana Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.
Baş nazir Şimali Makedoniyanın ATƏT-ə sədrliyi dövründə elan etdiyi mühüm prioritetləri alqışlayıb.
Görüşdə Şimali Makedoniyanın ATƏT-dəki daimi nümayəndəsi İqor Cundev, Şimali Makedoniyanın ATƏT-dəki daimi nümayəndəsinin müavini Adelina Marku, ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Viorel Moşanu, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili, Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze və Gürcüstanın Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Gürcüstanın ATƏT və Vyanada yerləşən digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Ketevan Tsixelaşvili iştirak ediblər.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.