İrakli Ğaribaşvili Astana Beynəlxalq Maliyyə Mərkəzini ziyarət edib
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Qazaxıstan Respublikasına səfəri çərçivəsində Astana Beynəlxalq Maliyyə Mərkəzini ziyarət edib.
Hökumət başçısı nümayəndə heyəti ilə birlikdə maliyyə mərkəzinə baxış keçirib və iş prinsipi ilə tanış olub.
2018-ci ildə əsası qoyulmuş Astana Beynəlxalq Maliyyə Mərkəzi ölkəni xarici bazarlarla birləşdirən əsas regional biznes və maliyyə mərkəzidir. 2022-ci ilin göstəricilərinə əsasən, Astana Beynəlxalq Maliyyə Mərkəzi ilə 35-dən artıq ölkədən 1045 şirkət əməkdaşlıq edir.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.