İrakli Ğaribaşvili - Assosiasiya Sazişinin imzalanmasından səkkiz il ötür, bu tarixi bir gündür, bundan sonra real, effektiv addımların atılmasına başlanıldı
İrakli Ğaribaşvili - Assosiasiya Sazişinin imzalanmasından səkkiz il ötür, bu tarixi bir gündür, bundan sonra real, effektiv addımların atılmasına başlanıldı

 

Bu gün yubiley tarixidir, Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalamağımızdan səkkiz il ötür -bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

Baş nazir ölkənin əldə etdiyi bəzi əsas, nəzərəçarpan nəticələrdən danışıb.

“Bu gün, ölkənin Avropa İttifaqının assosiativ üzvü olduğu və faktiki olaraq o vaxtdan sonra real, effektiv addımların atılmasına başlanıldığı həqiqətən tarixi bir gündür. Səkkiz il bundan əvvəl mən ölkəmiz adından bu müqaviləni imzalamaq şərəfinə nail oldum. O vaxtdan bəri mən ölkənin əldə etdiyi bəzi əsas nəzərəçarpacaq nəticələri qeyd etmək istərdim. Əvvəla, bu, bizim ölkənin Avropa İttifaqı ilə olan azad ticarət sazişidir. O vaxtdan bizdə çox müsbət dinamika qeydə alınır, Aİ-də ticarət artır və sahibkarlarımız heç bir mane olmadan öz məhsullarını Aİ-yə ixrac edirlər. İkinci əsas nailiyyət isə vizasız rejimdir. Ölkəmizin hər bir vətəndaşı gürcü pasportu ilə Avropa İttifaqı ölkələrinə vizasız səyahət edir ki, bu da təbii ki, olduqca nəzərəçarpacaq nəticədir və üçüncüsü, ölkəmizin avropalı liderlər tərəfindən tanınan perspektivi, yəni onlar tərəfindən ölkənin Aİ-nin üzvü olacağına dair vədidir. Bu üç əsas tapıntını (uğur) “Gürcü Arzusu” cəmi səkkiz il, on il ərzində qazanıb” – deyə hökumət başçısı bildirib.

İrakli Ğaribaşvili həmçinin qeyd edib ki, Assosiasiya Sazişi üzrə danışıqlar prosesi əvvəlki hakimiyyətin dövründə ləngiyib.

“Vətəndaşlarımıza onu da xatırlatmaq istərdim ki, əvvəlki hakimiyyətin dövründə Assosiasiya Sazişi ilə bağlı danışıqlar prosesi ləngimişdi. Ölkə danışıqlar prosesinə üç il gec başlayıb. Mən başdan sona qədər hökumətimizin töhfəsi ilə əldə olunmuş vizasız rejim barədə heç nə demirəm. Biz Assosiasiya Sazişinin imzalanması ilə başladıq, sonra azad ticarətin imzalanması və əldə edilməsi, vizasız rejimin əldə edilməsi və indi isə xatırlatmaq istərdim ki, ölkəyə verilən Avropa perspektivi ilə inanıram ki, biz tezliklə namizəd statusunu da alacağıq və ölkəmizin irəliləməsini, inkişaf etdirilməsini davam etdirəcəyik. Bu, bizim idarəçiliyimiz altında ölkənin edə bildiyi real şeydir.

Digər bir məqamı qeyd etmək istərdim ki, ölkəmizin xarici siyasət kursunun konstitusiyada təsbit edilməsi partiyamızın təşəbbüsü idi. Ölkənin xarici siyasət kursunun, oriyentasiyasının məhz Avro-Atlantik olması konstitusiya səviyyəsində müəyyən edilib. Əlbətdə, bu, həm də komandamızın töhfəsidir” – deyə baş nazir bildirib.