İrakli Ğaribaşvili - Assosiasiya sazişini imzalamaqla yekun avropalaşma üçün möhkəm zəmin yaratmaq baxımından ölkə və xalq qarşısında ən böyük məsuliyyəti öz üzərimə götürdüm
İrakli Ğaribaşvili - Assosiasiya sazişini imzalamaqla yekun avropalaşma üçün möhkəm zəmin yaratmaq baxımından ölkə və xalq qarşısında ən böyük məsuliyyəti öz üzərimə götürdüm

 

Tarix gürcü xalqının Avropa seçimini strateji məqsədə çevirdi. Müstəqillik əldə etdiyi gündən ölkəmiz ardıcıl olaraq bu istiqamətdə irəliləyir və bugünkü gün səylərimizin növbəti təzahürüdür, – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Aİ-yə üzvlük müraciətinin imzalanması zamanı qeyd edib.

Hökumət başçısının sözlərinə görə, bu gün Gürcüstan Avropa İttifaqına heç vaxt olmadığı qədər yaxındır.

“2014-cü ildə Gürcüstanın baş naziri kimi Gürcüstan və Avropa İttifaqı arasında Assosiasiya Sazişini imzalayarkən ölkəmiz və xalqımız qarşısında Avrointeqrasiya yolunda uğurla irəliləmək və ölkəmizin avropalaşması üçün möhkəm zəmin yaratmaq məsuliyyətini öz üzərimə götürdüm. Qürurveriic haldır ki, 2014-cü ildən hökumətimizin ardıcıllığı və ictimaiyyətin dəstəyi ilə Gürcüstan Aİ tərəfdaşı kimi saziş üzrə öhdəliklərini uğurla yerinə yetirir, Aİ ilə hüquqi, iqtisadi və siyasi yaxınlaşma baxımından mühüm irəliləyiş əldə edir”-deyə baş nazir qeyd edib.