Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili APM Terminals-ın nümayəndələri ilə görüşüb.
Tərəflər Poti limanının potensialı və Orta Dəhliz istiqamətinə marağın artması barədə danışıblar.
Artan yük axını fonunda Poti limanında müasir infrastrukturun inkişafının xüsusi əhəmiyyət kəsb etməsi faktına diqqət yetirilib. APM Terminals-ın nümayəndələri daha çox sərmayə yatırmağa və mövcud infrastrukturu modernləşdirməyə dair hazırlıq ifadə ediblər.
Həmçinin, Poti limanının gələcəkdə mümkün genişləndirilməsinə də toxunulub.
Hökumət Administrasiyasında keçirilən görüşdə APM Terminals tərəfindən Avropa və Asiya üzrə regional direktor İqor van der Essen və APM Terminals Poti-nin baş direktoru Julien Fernandez, Gürcüstan tərəfindən isə vitse baş nazir, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili iştirak ediblər.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.