İrakli Ğaribaşvili Anaklia limanının tikintisinə bu il başlanılacağını açıqlayıb
İrakli Ğaribaşvili Anaklia limanının tikintisinə bu il başlanılacağını açıqlayıb

 

Bu gün biz Anaklia limanının tikintisi ilə bağlı rəsmi addıma başlayacağıq, limanın tikintisinə bu il başlanacaq, – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında açıqlayıb.

Baş nazir limanın 51%-nin dövlətə məxsus olacağını, 49%-i üçün beynəlxalq tender elan olunacağını, lakin hökumətin investorun daxil olmasını gözləməyəcəyini və bu il işlərin başlayacağını bildirib.

İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, yolların və maqistralların tikintisi, hava limanının genişləndirilməsi və digər konsepsiyalar üzrə işlər aktiv şəkildə davam edir.

“Bu gün biz Anaklia limanının tikintisi ilə bağlı rəsmi hərəkətə başlayacağıq. İqtisadiyyat Nazirliyi müvafiq prosedurlar hazırlayır. Nəzərinizə çatdıraq ki, qərarımız belədir – bu limanın 51%-i dövlətə məxsus olacaq, 49%-i üzrə beynəlxalq tender elan edib potensial investorları dəvət edəcəyik, lakin onların daxil olmasını gözləməyəcəyik, bu il işə başlayacağıq. Bizim vəzifəmiz bu il Anakliya limanının tikintisinə başlamaq olmalıdır. Yolların və maqistralların tikintisi də aktiv şəkildə davam edir, hava limanının genişləndirilməsi və digər konsepsiyalar üzərində aktiv şəkildə işləyirik. Beləliklə, bütün istiqamətlərdən müsbət xəbərlərimiz var”- deyə İrakli Ğaribaşvili bildirib.