İrakli Ğaribaşvili - Anaklia limanı dövlətin müştərək iştirakı ilə tikiləcək, 51 faiz dövlətə məxsus olacaq
İrakli Ğaribaşvili - Anaklia limanı dövlətin müştərək iştirakı ilə tikiləcək, 51 faiz dövlətə məxsus olacaq

 

Anaklia limanı dövlətin müştərək iştirakı ilə tikiləcək, 51 faiz dövlətə məxsus olacaq – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında açıqlayıb.

O, tərəfdaş şirkətlərin seçilməsi üçün beynəlxalq müsabiqənin elan olunacağını bildirib.

“Qərarımıza əsasən Anaklia limanı dövlətin müştərək iştirakı ilə tikiləcək və 51 faiz dövlətə məxsus olacaq. Qalanları üçün biz beynəlxalq müsabiqə elan edəcəyik və tərəfdaş şirkətləri seçəcəyik. Bu layihə tərk edilib, yer boşdur. Anakliada nələr baş verdiyini siz yaxşı bilirsiniz. Əraziyi toz yuvasına çevirdilər. Bundan irəli gələrək bu, qəti şəkildə qəbuledilməzdir. Biz təcili olaraq beynəlxalq tərəfdaş şirkətləri seçməliyik və biz də bu layihəyə sərmayə qoymağa başlamalıyıq. Bu layihə bizim iştirakımızla həyata keçiriləcək. Dövlət bu layihəni xarici və ya digər şirkətlərlə birlikdə həyata keçirəcək” – deyə İrakli Ğaribaşvili açıqlayıb.