İrakli Ğaribaşvili - Amerika ilə münasibətlərimizi polemika ilə gücləndirməyəcəyik, əksinə zəiflədəcəyik, bu səbəbdən münasibətlərə daha çox diqqət yetirməyimiz mənim, baş nazir olaraq arzumdur
İrakli Ğaribaşvili - Amerika ilə münasibətlərimizi polemika ilə gücləndirməyəcəyik, əksinə zəiflədəcəyik, bu səbəbdən münasibətlərə daha çox diqqət yetirməyimiz mənim, baş nazir olaraq arzumdur

 
Baş nazir olaraq mənim rolum Amerika və Avropa İttifaqı ilə münasibətləri mümkün qədər gücləndirməkdir. Bu, bizim əsas yolumuzdur -bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bildirib.

Baş nazir, Gürcüstanın Amerika ilə münasibətləri gücləndirməli olduğunu açıqlayıb.

İrakli Ğaribaşvilinin qeyd etdiyi üzrə, onun baş nazir olaraq arzusu “Gürcüstan-ABŞ münasibətlərinə daha çox diqqət yetirmək”dir.

“Bu polemikanın daha da genişlənməsinin və həddin aşılmasının ölkəmizin maraqlarına uyğun olmadığı düşüncəsindəyəm. Onların tənqidi sualları və məktubları ilə diqqətlə tanış oldum. Bu ölkədə hər kəsin ifadə azadlığının olması bizim üçün vacibdir. Digər tərəfdən, bütün həmvətənlərimizə xatırlatmaq istərdim ki, biz kiçik dövlətik, ölkəmizi sabit şəkildə inkişaf etdiririk. Mən, baş nazir olaraq, hakim komandamız ölkənin sabit inkişafına görə öhdəlik daşıyır, bunun üçün ABŞ, Avropa Birliyi, Avropa dövlətləri kimi güclü müttəfiqlərin olması lazımdır. Çox güclü xalqa malik kiçik dövlətimiz tərəfdaşlar və müttəfiqlər olmadan böyük uğur qazana bilməz. Baş nazir olaraq mənim rolum Amerika və Avropa İttifaqı ilə münasibətləri mümkün qədər gücləndirməkdir. Bu, bizim əsas yolumuzdur. Bu polemikanın daha da genişlənməsinin və həddin aşılmasının ölkəmizin maraqlarına uyğun olmadığı düşüncəsindəyəm. Yalnız tənqid kifayət və zəruri deyil. Biz müstəqilliyimizi bərpa etdikdən sonra ABŞ bir çox müsbət layihələr həyata keçirib. Həmçinin, onu da deyim ki, hər bir dövlətin və ilk növbədə bir nömrəli dövlət olan Amerikanın müxtəlif istiqamətlərdə öz maraqları var. Biz Amerikaya və onun nümayəndələrinə hörmət edirik, sıx əməkdaşlığımız var, xanım Deqnan çox fəal səfirdir, Amerikanın həyata keçirdiyi bütün layihələrdə iştirak edir, lakin Amerika ilə münasibətlərimizi bu cür polemika ilə gücləndirməyəcəyik, əksinə zəiflədəcəyik. Bu səbəbdən münasibətlərə daha çox diqqət yetirməyimiz mənim, baş nazir olaraq arzumdur. Qarşımızda çoxlu çağırışlar var, ölkəmiz işğal altındadır, bunun üçün çox iş görüləsidir. Bizim bu münasibətlərin inkişafına, möhkəmlənməsinə, çiçəklənməsinə ehtiyacımız var” -deyə Ğaribaşvili bildirib.