İrakli Ğaribaşvili - Amerika Gürcüstana "fayzerin" yarım milyon dozasını hədiyyə olaraq verəcək
İrakli Ğaribaşvili - Amerika Gürcüstana "fayzerin" yarım milyon dozasını hədiyyə olaraq verəcək

Amerika Birləşmiş Ştatları Gürcüstana “fayzerin” yarım milyon dozasını hədiyyə olaraq verəcək və vaksini yaxın bir neçə həfəyə qəbul edəcəyik, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili jurnalistlərə “ordu şəhərciyi” tikintisi ilə tanış olduqdan sonra bəyan etdi.

Elə onun dediyinə görə, Gürcüstana artıq Çin vaksininin milyon dozası daxil oldu və mərhələ şəklində, hər şənbə-bazar, “fayzer” vaksini daxil olacaq.

“Son günlərdə görürsünüz ki, koronavirusun hallarının artması var. Millətə demək istəyirəm, əsas çıxış yolu bu vəziyyətdə vaksinasiyadır. Ona qədər problemimiz var idi ki, ölkədə kifayət qədər sayı yox idi, hər şeyi etdik ki, vaksinin kifayət qədər sayını gətirək. Sinoval və Sinofarmın milyon dozası yerindədir. Gürcüstana artıq Çin vaksininin milyon dozası daxil oldu və mərhələ şəklində, hər şənbə-bazar, “fayzer” vaksini daxil olacaq. Bununla yanaşı, Amerika hökuməti “fayzerin” yarım milyon dozxasının hədiyyə edilməsinə qərar verib, hansını da yaxın həftələr ərzində qəbul edəcəyik”, – İrakli Ğaribaşvili bəyan etdi.