Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bu gün Almaniya Federativ Respublikasına rəsmi səfərə yollanıb.
Hökumət Administrasiyasının mətbuat xidmətindən verilən məlumatda səfər çərçivəsində hökumət başçısının yüksək səviyyəli görüşlər keçirəcəyi deyilir.
Baş nazir İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri İlia Darçiaşvili və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.