İrakli Ğaribaşvili Almaniya səfiri ilə görüşüb
İrakli Ğaribaşvili Almaniya səfiri ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Almaniya Federativ Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Piter Pişer ilə görüşüb.

Baş nazirin mətbuat xidməti tərəfindən verilən məlumatda, tanışlıq xarakterli görüşdə Gürcüstan və Almaniya arasında münasibətlərə və əməkdaşlığın gələcək perspektivlərinə toxunulduğu bildirilib. Yeni səfirin fəaliyyətinin Gürcüstan və Almaniya arasında ənənəvi olaraq möhkəm və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid edildiyi bildirilib.

Gürcüstan və Almaniyanı dostluq münasibətləri və etibarlı tərəfdaşlığın bağladığı xüsusilə vurğulanıb. Almaniyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyinin, eləcə də Avropa və Avro-Atlantik strukturlara inteqrasiyasının vacibliyinə diqqət yönəldilib.

Qeyd olunub ki, Gürcüstan Almaniyanın KfW, GIZ və digər Almaniya institutları vasitəsilə yardımı səmərəli həyata keçirən aparıcı inkişaf tərəfdaşı kimi rolunu yüksək qiymətləndirir.

Hökumət Administrasiyasında keçirilən görüşdə Almaniya Federativ Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Tania Hut iştirak edib.