İrakli Ğaribaşvili Almaniya Federal Polis Mühafizə Xidmətinin direktoru ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Almaniya Federal Polis Mühafizə Xidmətinin direktoru, Şəxsi Mühafizə Xidmətləri Assosiasiyasının sədri Şteffen Russ ilə görüşüb-bu barədə məlumatı baş nazirin mətbuat xidməti yayır.
İdarədən verilən məlumatda, görüşdə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinə diqqət ayrıldığı deyilir. Gürcüstan və Almaniya agentlikləri arasında uğurlu tərəfdaşlıq əlaqələri vurğulanıb.
Bildirilib ki, Tbilisidə Dövlət Xüsusi Mühafizə Xidmətinin təşkilatçılığı ilə Şəxsi Mühafizə Xidmətləri Assosiasiyasının 18-ci konfransı keçiriləcək, konfransda 50-dək ölkənin mühafizə xidmətlərindən və beynəlxalq təşkilatlardan 120-dən çox nümayəndə iştirak edəcək. Konfransın məruzəçiləri təhlükəsizlik sahəsində mövcud çağırışları və xidmətin xüsusiyyətlərinin əsas istiqamətləri ətrafında fikir mübadiləsi aparacaqlar.
Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstanın Dövlət Xüsusi Mühafizə Xidmətinin rəhbəri Anzor Chubinidze iştirak edib.